20 Yanvar …
Həyatda bəzi hadisələrin başlanğıcı onun sonu ilə üst-üstə düşür. Kimlərsə öz həyatında, kimlərsə, tanışlarının həyatında bunu yaşamışdır. 20 Yanvar hadisələri sovet dövlətinin təcrübəsində baş qaldıran milli-azadlıq hərəkətlərinə olan qeyri-adekvat reaksiyası və bunun nəticəsində Azərbaycanda xalq hərəkatının növbəti oyanışı, qarşısıalınmaz əzminin təntənəli qələbəsi ilə yekunlaşmışdır.
Həqiqətən də ötən əsrin 80-ci illərinin sonu baş verən hadisələr bir çox xalqlar kimi, azərbaycanlıları da qəflət yuxusundan oyatmış oldu. Daima dəstək və stabilliyi Moskvadan gözləyən xalq artıq hər şeyi özünün etməli olduğunu anladı. Hər şeyin dəyərini ödəməli olduğumuz kimi bunun da dəyərini ödəmiş olduq. Və çox təəssüf ki qanla və canla…

Yaşadığımız dövrdə keçmişə baxarkən bir çox hadisələrin KAŞ ilə başlanan bir ssenaridə davam etməsini arzulayırıq, amma həmin hadisələrin bəlkə də o tərzdə baş verməyəcəyi təqdirdə indiki nəticələri yaşamamış olardıq..
Sovetlərin baş qaldıran milli-azadlıq hərəkətlərinə olan reaksiyası cəza formatında olan bir Dərsə bənzəyirdi, məncə bu prizmadan baxsaq, həqiqətən də onlar istədiklərinə nail oldular. Dərsdən aldığımız Dərs o oldu ki, artıq heç bir şey əvvəlki kimi olmayacaq, yaşanacaq yeniliklər və dəyişikliklər yalnız özümüzdən və düşüncəmiz uğrunda mübarizəmizdən asılı olacaqdır.
Sovet ordusunun Bakıya və Azərbaycanın rayonlarına qanunsuz daxil olması nəticəsində 131 nəfər həlak olmuş, 400 nəfər həbs edilmiş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüşdür.

Maraqlıdır ki, həmin günlərdə Sovet qoşunları tərəfindən Bakı şəhərində çoxsaylı silah-sursat müsadirə edilməsi ilə bağlı videogörüntülər göstərilsə də, həmin silahların hardan və hansı şəraitdə toplanması məsələsinə toxunulmurdu. Məsələnin digər tərəfi də həmin silahlara malik əhalinin niyə bu arsenaldan istifadə edib şəhərin ayrı-ayrı yerlərində Sovet qoşunlarına müqavimət göstərməməsi idi.. Axı belə silah-sursata malik əhali üzərinə gələn qoşunla ən azı lokal səviyyədə də olsa, toqquşmalı və güc nümayiş etdirməli idi, həmçinin ən azı belə silahlara malik əhali ilə toqquşan qoşun ən azı itki verməli, yaralıları olmalı idi.. Amma Sovet qoşunlarının yanvar ayında həyata keçirdikləri cəza tədbirləri nəticəsində hər hansı itkisi olmadı, bu hissədə təbliğat maşını susmuş oldu..
Həmin hadisələrdən sonra Böyük Britaniyanın The Guardian nəşri yazırdı — Bu dəhşətli hərbi əməliyyatı 70 illik imperiya əsarətindən qurtulmaq üçün ayağa qalxmış Azərbaycan xalqının coşqun mübarizə əzminin imperiyanın qəlbində yaratdığı qorxu xofunun nəticəsi kimi də izah etmək olar. Ordunun şəhərə hücumu zamanı günahsız insanların vəhşicəsinə güllələnməsi, tankların adamları öz tırtılları altında əzib keçməsi, qışın soyuq, şaxtalı gecəsində tonqallar ətrafında qızınan dinc azərbaycanlıların üzərinə hücuma keçərək cəsədlərini tanınmaz hala salması bütün dünya ictimaiyyəti tərəfindən nifrət və qəzəblə qarşılanıb pislənməlidir.
Əlbəttə çoxlu bəyanatlar, çoxlu reaksiyalar oldu, amma ən əsas reaksiya xalqın özünün özünə verdiyi reaksiya oldu..Xalq yenidən və yeni formada nəfəs almağa başladı, təzə və əvvəlkindən tam fərqli bir Yeni nəfəs duymuş oldu…
ardı tezliklə…

Оставьте комментарий